Azərbaycan efirində qalmaqallı anlar yaşanıb.
Oxu24.com xəbər verir ki, bir müddət öncə məcburi köçkünlərlə bağlı açıqlamasına görə tənqid olunan jurnalist Durdanə Abbasqızı Space TV-də Amil Xəlilin verilişində qonaq olub.
Bu zaman verilişə zəng edən müğənni Babək Niftəliyevlə xanım jurnalist arasında dava düşüb. Babək Niftəliyev bildirib ki, qaçqınlar haqda bu sözləri deyən Durdanə xanımın yaşadığı oğlan məcburi köçkün olub. Müğənni bildirib ki, Durdanə bu sözləri keçmiş sevgilisnə deyib. Durdanə xanım həmin oğlandan ayrılıb. Bu sözdən sonra tərəflər arasında gərginlik pik həddə çatıb.Jurnlist müğənnini şərəfsiz adlandırıb.
Sözügedən videonu 30:20-ci dəqiqədən izləyə bilərsiniz:
Xatırladaq ki, Jurnalist Durdanə Abbasqızının qaçqın və məcburi köçkünlər haqda fikirləri qalmaqala səbəb olub. Onun "qaçqınlar istədikləri kimi yaşayırlar, dövlət onlar üçün yüksək səviyyədə hər şəraiti yaradır, bu həyat onlar üçün çox asandır" deməsi məşhurlarda da qıcıq yaradıb.
Oxu24.com
ŞƏRHLƏR