Azər Türk Bank Rəqəmsal Transformasiya Mərkəzinin Proqramlaşdırma şöbəsində Mühəndis proqramçı (Front-End Developer) vəzifəsinə işçi axtarır.
Namizədə olan tələblər
• Ali təhsil
• Sahə üzrə minimum 2 il iş təcrübəsi (Bank sahəsində iş təcrübəsi arzuolunandır)
• Səlis Azərbaycan dili, yaxşı İngilis və Rus dili biliyi
• Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər
• HTML5, CSS-3, SCSS, JSON, JavaScript, TypeScript üzrə biliklər
• SOAP, Rest servislərlə işləmə bacarığı
• Angular və ya React ilə iş təcrübəsi
• “Responsive” design bilikləri
• Git və Webpack ilə işləmə bacarığı
• Son Web Development Texnologiyaları ilə işləmə bacarığı
• Yeni texnologiyaları öyrənmə həvəsi
• Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
• Agile iş prinsipi ilə fəaliyyət göstərən komandada işləmə bacarığı
Vəzifə öhdəlikləri
• Tələblərə uyğun səhifələrin qurulması və dəstəklənməsi
• İstifadəçi təcrübəsini təmin etmək
• İstifadəçi təcrübəsindən irəli gələn tələbləri yerinə yetirmək
• Web səhifələrin optimallaşdırılmasını təmin etmək
CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.
Oxu24.com
ŞƏRHLƏR