Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30867
az

Qəhvə ilə ömrü uzatmağın sirləri - ARAŞDIRMA (VİDEO)

19:1010 May, 2020
1038
TİBB
  • A

İsveçin Heteborq Universitetinin mütəxəssisləri qəhvənin ömür müddətinə təsirini açıqlayıblar.

Publika.az xəbər verir ki, tədqiqatda 20-79 yaşlı 508 min 747 kişi və qadın iştirak edib.

Araşdırmanın nəticələri "European Journal of Preventive Cardiology" jurnalında dərc olunub.

Təcrübə iştirakçıları istehlak edilən qəhvə miqdarı və onun hazırlanma üsulunu göstərən anketləri doldurublar.

Onların boyu, çəkisi, xolesterol səviyyəsi, qan təzyiqi, fiziki fəaliyyəti də nəzərə alınıb.

Bu amillər təsadüfən seçilməyib. Həkimlərin dediyinə görə, bu faktorlar ürək-damar xəstəliyi ehtimalına təsir göstərir.

Respondentlər 20 il ərzində izlənilib.

Bu müddət ərzində iştirakçılardan 46 min 441 nəfəri ölüb. Onlardan 12 min 621-i ürək-damar xəstəliklərindən, 2 min 894-ü isə insultdan həyatını itirib.

İştirakçıların 59%-nin süzülmüş qəhvəyə, 20%-nin süzülməmiş qəhvəyə üstünlük verdiyi məlum olub. Respondentlərin 9%-nin qəhvənin hər iki formasını içdiyi, 12%-nin isə bu içkidən istifadə etmədiyi ortaya çıxıb.

Məlum olub ki, qəhvə istehlak edildiyi qruplarda ölüm nisbəti daha aşağı olub.

Süzülmüş qəhvə istifadə edənlərin ölüm riskinin 15% az olduğu qeyd edilib.

Ən aşağı ölüm nisbəti isə gündə bir-dörd fincan süzülmüş qəhvə içənlər arasında qeydə alınıb.

60 yaşdan yuxarı insanlar üçün isə bu içkinin istehlakının ölüm ehtimalını artırması barədə xəbərdarlıq edilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Vüqar Qurbanov onu müdir təyin etdi -FOTO

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Sabiq rəisin cəzası- 2 il 6 ay artırıldı