Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30837
az

"Koronavirus yoxdur, bu bir oyundur“ - SENSASİON AÇIQLAMA

09:2310 May, 2020
698
REDAKTORUN SEÇİMİ
  • A

Astroloq Səbuhi Rəhimli koronavirus pandemiyası ilə bağlı “Youtube” kanalında ilginc açıqlamlar verib.

Oxu24.com -un  xəbərinə görə, astroloq pandemiyanın bitməsi ilə bağlı suallara bu cür cavab verib:

“Düşünürəm ki, iyunun 10-dan sonra hər şey öz qaydasına düşəcək. Mənə çox suallar verirlər ki, əslində nə baş verir? Bu karantin nə idi, yaxınlarımızdan heç kəs koronavirusa yoluxmayıb və sairə. Bundan əvvəl koronavirusla bağlı çoxlu, xeyli gülməli və ağlagəlməz versiyalar irəli sürürdülər. Kimisi deyirdi ki, “bu əslində virus deyil, “5 G” internet şəbəkəsidir ki, insanlara virus ötürür”, məşhur bir türkiyəli həkim var idi, o da deyirdi ki, “kəllə-paça yeyənə koronavirus yoluxmur”, bəziləri isə bildirirdi ki, “üzərlik yandırsanız, koronavirusa yoluxmazsınız”, kimisi dedi “bu masonların işidir”, kimisi də dedi ki, “ingilsilərlə yəhudilərin savaşıdır” və ya dedilər ki, “3-cü qüvvə rotşildlərə, rokfellerlərə öz gücünü göstərmək üçün bu virusu yayıb” və sairə”.

Astroloq koronavirus bəlasının bir oyun olduğunu iddia edib:

“Mənim ağlabatan bir versiyam var. Dəfələrlə alimlər də həyəcanla xəbərdarlıqlar edirdilər ki, Yer kürəsində kimyəvi sənaye, silahlar o qədər fəsad yaradıb ki, ozon təbəqəsi getdikcə genişlənir və bu dünyamıza fəlakət gətirə bilər.

Hamı, hətta uşaq da bilir ki, koronavirus yoxdur, bu bir oyundur. Amma bu hansı oyundur, onu heç kəs bilmir. Sadəcə, həmin qara dəliyin genişlənməsi nəticəsində Yer kürəsinə elə bir radiasiya daxil olur ki, o da bütün həyatı çökdürə, gözə görünməyən ultabənövşəyi şüaları ilə insanları məhv edə bilər. Ona görə də bütün dünyanı dayandırdılar, sanki dincəlməyə qoydular. Bütün kimyəvi zavodlar dayandı, təyyarələr uçmadı, nüvə silahı istehsal edən strukturlar, şirklətlərin hamısı fəaliyyətini dondurdu. Bununla da səmaya buraxlan o zəhərli qazlara bir növ stop verildi, hətta müharibələr də dayandırıldı.

Ona görə də gah Tramp dedi ki, bu virus apreldə bitəcək, sonra dedilər ki, mayda başa çata bilər. Amma gördüyünüz kimi bu proses hələ də davam edir.

ÜST də sanki ölkələrə barmaq silkələyib deyir ki, onların dediklərinə hansı ölkələr əməl etməsə sanksiyalar tətbiq edilə, cəzalandırıla bilər”.

Səbuhi Rəhimli bəzi astroloqların da səhv məlumat yaydığını deyib:

“Bəzi astroloqlar çıxıb dedilər ki, guya Saturn Dolça bürcünə daxil olanda bu cür olay baş verir. Amma araşdırmalar da bunu sübut edir ki, Saturn bu bürcə daxil olanda tarix boyu bu cür olaylar olmayıb”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mərkəzi Bank təcili açıqlama yaydı
Xərçəngdən vəfat edən jurnalist Natəvan Babayevanın yarımçıq qalan həyat yolu - VİDEO
Hava ilə bağlı AÇIQLAMA

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib