Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30772
az

DSX əməliyyat keçirdi - 2 nəfər saxlanıldı - FOTO

09:5909 May, 2020
439
KRİMİNAL
  • A

Dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən APA-ya verilən məlumata görə, mayın 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunu Qarakazımlı kəndinin ya­xın­lığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu ağ rəngli VAZ-21011 markalı 10-NF-619 dövlət nömrə nişanlı avtomobilin əra­ziyə yaxınlaşması, avtomo­bildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edilib.

Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edərkən sərhəd naryadı tərəfindən ona “dayan” əmri verilmiş, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxsin 1983-cü il təvəllüdlü Cəlilabad rayonunun Kövüzbulaq kənd sakini Zamanov Daxil Möhbalı oğlu olması müəyyənləşdirilmiş, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 10 qram “heroinə” oxşar narkotik vasitə aşkar olunaraq götürülüb.

D. Zamanovun sərhədçilər tərəfindən tutulmasını müşahidə edən avtomobilin sürücüsü xidmətdə olan sərhəd naryadına avtomobil ilə xəsarət yetirərək hadisə yerin­dən uzaqlaşıb.

İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçmış şəxsin saxlanılması istiqa­mə­tində Daxili İşlər Nazirliyinin Cəlilabad rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Cəlilabad rayonunun ərazisində saxlanılıb. Saxlanılmış şəxsin 1987-ci il təvəllüdlü Süleymanov Vasif Fədail oğlu olması və əvvəllər narkotik vasitələrin istifa­dəsinə görə məhkum edilməsi müəyyənləşdiril­ib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qusarda narkotik bitkilər məhv edilib
Azərbaycanda deputatlığa namizəd adam bıçaqladı
“Məşədi Dadaş” məscidinin imamına sui-qəsd təşkil edən şəxs həbs olundu

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib