Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30737
az

Daha bir 190 manat qalmaqalına RƏSMİ MÜNASİBƏT

20:1808 May, 2020
538
CƏMİYYƏT
  • A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıbov müraciət etməməsinə rəğmən, 190 manatlıq birdəfəlik ödəmə alması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Oxu24.com xəbər verir ki, araşdırma zamanı sosial şəbəkədə müraciət etmədən 190 manat təyin olunduğunu yazan Elnarə Məmmədovanın adını öz bacısı Almaz Məmmədovanın qeydiyyatdan keçirdiyi məlum olub.

Nazirlik rəsmisi qeyd edib ki, A.Məmmədova bacısının şəxsiyyət vəsiqəsinin məlumatı əsasında müraciət edib və sistemə də onun əlaqə nömrəsini yazıb:

"Meyarlara uyğun olduğu üçün ödəmə təyin olunub, bu barədə də SMS qeyd edilən nömrəyə gedib. Birdəfəlik ödəmə vəsaiti hazırda poçtda öz sahibini gözləyir. Elnarə Məmmədovanın bu məsələni öz bacısı ilə aydınlaşdırmaq əvəzinə, əsassız ittihamla post paylaşmasını mühüm bir sosial dəstək tədbiri olan birdəfəlik ödəmə prosesi ilə bağlı mənfi rəy yaratmağa yönələn, məsuliyyətsiz davranış kimi qiymətləndiririk".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu tərəvəzdən bol-bol yeyin:İki dərddən AZAD OLACAQSINIZ
Bəkməzə 1 qaşıq qatın: Faydasını 30 qat artırır,sümükləri "beton" kimi, xolesterolu yox edir
Bu istiqamətdə əlavə qatar reysi təşkil ediləcək

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Bakıda "Hyundai"dan 10 min manatlıq lotereya    bileti    oğurlandı