Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30728
az

ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək

18:4708 May, 2020
1239
REDAKTORUN SEÇİMİ
  • A

Artıq 6 ildir ki, ölkə başçısının müvafiq sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və Azərbaycanın ərazi bütövlüyü, konstitusiya quruluşu və suverenliyi uğrunda əlil olmuş şəxslərə mənzil və fərdi evlərin verilməsi həyata keçirilir. 

İndiyə kimi bu kateqoriyadan olan 5731 nəfərdən 2631-i mənzil və fərdi evlərinə qovuşub. DSMF-nin şöbə müdiri Vüqar Behbudovun sözlərinə görə, növbədə gözləyən 3100 nəfərdən 1500-ü bu il, 1600-ü isə gələn il ev sahibi olacaq: “Bu il ötən illə müqayisədə 60 faizdən çox olmaqla mənzil veriləcək. 2019-cu il ərzində bu kateqoriyadan olan 934 nəfər şəxs mənzil və fərdi evlərlə təmin olunmuşdusa, cari ildə 1500 nəfərə verilməsi üçün işlər aparılır. Bunlardan 700 nəfəri mənzillərlə, 800 nəfəri isə fərdi evlərlə təmin olunacaq”. 

Mənzillər nazirlik tərəfindən əsaslı təmir olunaraq insanların istifadəsinə veriləcək. Artıq 700 mənzildən 480-də təmir işləri yekunlaşıb, 200 mənzilin də satın alınmasına başlanıb ki, yaxın vaxtlarda onların da təmiri yekunlaşacaq. Vətəndaşlar xüsusi karantin rejimi bitdikdən evlərinə sahib ola biləcəklər.

Bundan başqa, fərdi evlərlə də bağlı yaxın vaxtlarda bölgələrdə tikinti işlərinə başlanacaq. İlin sonunadək bu evlər həmin insanların ixtiyarına veriləcək. Bunun üçün bölgələrdə 800 fərdi evin tikintisi nəzərdə tutulub. Bu da bütün bölgələrin əhatə olunması deməkdir. Artıq 5 şəhərdə - Bakı, Sumqayıt, Gəncə, Abşeron, Mingəçevirdə vətəndaşlara mənzillər, digər bölgələrdə isə fərdi evlər verilir.

Qeyd edək ki, 2018-ci ildə nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd mənzil və fərdi ev verilib. Beləliklə, nazirlik tərəfindən ötən dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 7600-ə yaxın mənzil və fərdi ev verilib. 

Həmçinin nazirlik tərəfindən 22 ildir müharibə əlillərinə avtomobillərin verilməsi həyata keçirilir. Vüqar Behbudov ötən il bu kateqoriyadan olan 600 nəfərə avtomobil verildiyini deyir: “İndiyə qədər 6500-dən çox həmin kateqoriyaya uyğun olan şəxsə avtomobil verilib. Artıq nazirlik tərəfindən ilkin olaraq 164 maşının satın alınması həyata keçirilib. Onlar da növbəlilik qaydasında vətəndaşlara veriləcək və il ərzində bu proses davam edəcək”. 

Növbədə daha 500-ə yaxın vətəndaş var ki, onlar da növbəti illərdə avtomobil sahibi olacaq.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

15 yaşlı Gülərin qardaşları da faciəvi şəkildə ölübmüş
Ölən tələbənin FOTOSU
Qaçmazdan əvvəl Əsəd ətrafını necə aldadıb?

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Bakıda "Hyundai"dan 10 min manatlıq lotereya    bileti    oğurlandı