Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30726
az

DTX-nın həbsləri icra başçılarını qorxuya saldı:  Bir neçə  başçı  xəstəxanaya yerləşdirildi

18:3408 May, 2020
1449
SON DƏQİQƏ
  • A

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rüşvət və korrupsiyaya bulaşan icra başçılarını bir-birinin ardınca həbs etməsi yerli İcra hakimiyyətlərinin rəhbərlərini təşvişə salıb.

Oxu24.com -un  xəbərinə görə, məlumatda bildirilib ki, DTX-nın icra başçılarına yönəlik əməliyyatları davam edəcək və yaxın vaxtlarda daha bir neçə qalmqallı həbsin şahidi olacağıq.

Bu aralar bəzi icra başçıları DTX əməkdaşlarının hər an qapıda görünə biləcəyi qorxusundan başını itirib. Hətta özünəməxsus çıxış yolu fikirləşənlər də var.

Məsələn, 90-cı illərin sonlarından indiyə kimi icra başçısı işləyən məmurlardan biri özünü xəstəliyə vurub. Tabeliyindəki işçilərə özünü yaxşı hiss etmədiyini söyləyən həmin məmurun hətta xəstəxanaya yerləşdiyi də bildirilir. Onun bu yolla ara sakitləşənə kimi özünü sığortalamaq istədiyi söylənilir.


Xatırladaq ki, bu ilin əvvəlindən bəri 5 icra başçısı həbs olunub: Ağstafanın icra başçısı Nizaməddin Quliyev, Yevlaxın icra başçısı Qoca Səmədov, Neftçalanın icra başçı İsmayıl Vəliyev, Biləsuvarın icra başçısı Mahir Quliyev və İmişlinin icra başçısı Vilyam Hacıyev...


Siyahının genişlənəcəyi istisna olunmur...(modern.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DTX onları həbs etdi -FOTOLAR
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
Güclü yanğın başladı

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
82 min manata yaxın     dələduzluq      edildi