Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30722
az

Ünvanlı sosial yardımla bağlı BU DƏYİŞİKLİKLƏR olacaq - Nazirlik rəsmisi AÇIQLADI

18:2508 May, 2020
580
İQTİSADİYYAT
  • A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna təklif edilən yeni dəyişikliklər layihəsini hazırlayaraq Milli Məclisə təqdim edib. Hazırlanan dəyişikliklər layihəsində bir çox yeniliklər öz əksini tapıb.

Yeniliklərin nədən ibarət olması barədə Publika.az-ın suallarını nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov cavablandırıb:

- "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna hansı dəyişikliklər edilməsi təklif olunub?

- Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq digər sosial müdafiə proqramları kimi, ünvanlı dövlət sosial yardımının da əhatə dairəsinin genişləndirilməsi, bu məqsədlə proqramın təyinatının sadələşdirilməsi və aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün işlər davam etdirilir. Bu məqsədlə "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunda və sosial yardımın alınması üçün müraciət edilməsi, təyin olunması, verilməsi, eyni zamanda verilməsindən imtina edilməsi ilə bağlı qaydalarda dəyişikliklər layihəsi hazırlanıb. Hazırkı qanunvericiliyə görə, ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda, ünvanlı sosial yardımın təyin olunmasından elektron sistem tərəfindən avtomatik imtina edilir. Yeni layihələrdə həmin limitin artırılması yer alıb. Bununla bərabər, layihələrdə ailə tərkibində baş vermiş dəyişikliyə və buna görə məlumat verilməməsinə görə yardım təyinatındam imtina edilməməsi, yaxud ödənilən yardımın dayandırılmaması, ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ailənin sosial yardım hüququna maneə yaratmaması və s. öz əksini tapır.

- Ünvanlı sosial yardım üçün müraciət proseduru hansı şərtlərlə asanlaşıb? Əvvəlki müraciət prosesi ilə indiki şərtlər arasında nə kimi fərqlər olacaq?

- Ünvanlı sosial yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının azaldılması nəzərdə tutulub. Bu istiqamətdə nazirlik tərəfindən hazırlanan yeni layihəyə əsasən, vətəndaşlar ünvanlı yardım üçün elektron qaydada müraciət edərkən onlardan e-sistemdəki ərizə bəyannamədə qeyd etmələri tələb olunan məlumatların sayı xeyli azaldılacaq. Belə ki, müraciət zamanı əmək haqları, pensiya və müavinətlər, Prezidentin təqaüdləri ilə təmin edilib-edilməmək, məcburi köçkün statusuna malik olma ilə bağlı məlumatların qeyd edilməsi istənilməyəcək.

- Yeni qaydaya görə hansı tələblər aradan qalxacaq?

- Bəzi tələblər aradan qalxacaq. Məsələn, vətəndaşlardan ünvanlı yardım üçün müraciət zamanı istənilməsi tələb olunmayacaq bütün məlumatlar aidiyyəti orqanların elektron informasiya sistemlərindən əldə ediləcək.

- Müraciət zamanı tələb olunan məlumatların sayının azaldılmasının nə kimi faydaları olacaq?

- Bunun bir çox üstünlükləri var. Əsas faydalar bundan ibarət olacaq ki, I və II dərəcə əlillik, kommunal xidmətlərə görə illik xərcin məbləği, işsizlik statusunun olub-olmaması, nəqliyyat vasitəsi ilə bağlı məlumatların da vətəndaşlar tərəfindən daxil edilməsinə ehtiyac qalmayacaq. Həmçinin ödənişli əsaslarla təhsil alma, xarici ölkədə olma vəziyyəti, fərdi ev və ya mənzilin sahəsi, poçt indeksi kimi məlumatlar vətəndaşlardan istənilməyəcək. Eləcə də əks əlaqə vasitəsi üçün telefon nömrəsi istisna olmaqla ailə üzvlərinin mobil nömrələri, onlardan istifadə xərcləri və s. kimi məlumatların qeyd edilməsi tələbi aradan qalxacaq.

- Sosial şəbəkələrdə zaman-zaman imkanlı ailələrin sosial yardım aldıqları barədə iddialar səslənir. Belə müraciətlərlə bağlı araşdırmalar aparılırmı?

- Sosial şəbəkələrdə imkanlı şəxslərin ünvanlı dövlət sosial yardımından yararlandıqları barədə iddialar var. Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının təyinatı elektron infrastruktur üzərindən və tam şəffaf şəkildə, vətəndaş-məmur təması olmadan həyata keçirilir. Vətəndaşın daxil etdiyi bütün məlumatlar aidiyyəti orqanların elektron informasiya sistemlərindən əldə edilir və mövcud qanunvericiliyin tələblərinə əsasən vətəndaşın bu yardımı almaq hüququ yarandıqda təyinat aparılır. Həmçinin bu istiqamətdə açıqlığı təmin etmək məqsədilə nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımı alan şəxslərin siyahısı rəsmi səhifədə yerləşdirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Brent" markalı neft ucuzlaşdı

Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
4 nəfərlik ailəyə nə qədər pul lazımdır? -VİDEO

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Bakıda "Hyundai"dan 10 min manatlıq lotereya    bileti    oğurlandı