"Bakı Metropoliteni" QSC-nin stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilməlidir.
Bu barədə Oxu24.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd edək ki, Bakı Metropoliteninin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilib.
Oxu24.com
ŞƏRHLƏR