Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30709
az

190 manatı ala bilməyənlərin nəzərinə: Yenidən cavab gələcək

11:3708 May, 2020
904
REDAKTORUN SEÇİMİ
  • A

"Mənim 190 manatlıq birdəfəlik yardıma ehtiyacım var, amma nazirlik müxtəlif səbəblər gətirərək bu birdəfəlik ödəməni verməkdən imtina edib. Hətta 190 manata ehtiyacım olduğunu sübut da edə bilərəm" deyənlərin çoxluğunu nəzərə alaraq, "Telesəhər" məsələyə aydınlıq gətirməyə çalışıb.

Oxu24.com  verir ki, verilişdə qonaq olan Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev qaranlıq məqamlarla bağlı suallara cavab verib.

C.Quliyev 190 manata ehtiyacı olduğunu sübut edə biləcək vətəndaşların qurumun yerli şöbələrinə şikayət və ərizə ilə müraciət etməli olduğunu bildirib:

"Xidmətin rayon şöbələri də daxil olmaqla, bu istiqamətdə işlər həyata keçiririk. Yerli qurumlar vətəndaşların ərizə və şikayətlərinə baxır. İmtinanın səbəbləri aydınlaşdırılır və əhaliyə cavab verilir".

Qurum rəsmisi "Heç elə olubmu ki, imtina cavabı alan kimsə gəlib və onun haqlı olduğu sübuta yetirilib. Həmin vətəndaşa birdəfəlik ödəmə edilib?" sualına "Bəli" deyə cavab verib:

"Belə hallar olub. Mən onu qeyd edim ki, 190 manatlıq birdəfəlik ödəmənin təyin edilməsi sistem vasitəsilə həyata keçirildi. Bu təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemi vasitəsilə edilmədi. Həmin məlumatlar digər qurumların da sistemləri ilə yoxlanıldı. Yoxlanılma zamanı xətalar ola bilər".

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

15 yaşlı Gülərin qardaşları da faciəvi şəkildə ölübmüş
Ölən tələbənin FOTOSU
Qaçmazdan əvvəl Əsəd ətrafını necə aldadıb?

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Bakıda "Hyundai"dan 10 min manatlıq lotereya    bileti    oğurlandı