Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30692
az

Şagirdlərin növbəti sinifə keçidi necə MÜMKÜN OLACAQ? - RƏSMİ

23:1707 May, 2020
432
CƏMİYYƏT
  • A

Şagirdlərin illik qiymətləndirilməsinin çıxarılması və onların növbəti sinifə keçirilməsi necə baş verəcək?

Oxu24.com xəbər verir ki, buna Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov aydınlıq gətirib.

Nazir tədris ilinin birinci yarım ili üzrə qiymətlərin əsas götürüləcəyini qeyd edib:

"Bu tədris ilinin sonunda şagirdlərin hər hansı qiymətləndirilməsinin keçirilməsi şagirlər arasında nəzərdə tutulmur. Bu məqsədlə şagirdlərin 2019-2020-ci tədris ilinin birinci yarım ili üzrə nəticələri və qiymətləri əsas götürüləcək və həmin qiymətlər əsasında şagirdlərin illik yekun qiymətləri çıxarılacaq və növbəti sinifə keçid təmin ediləcək. Öz nəticələrindən razı olmayan şagirdlərimiz nəticələrini yaxşılaşdırmaq istəyirlərsə, yaxud da hansısa bir fəndən birinci yarım il üzrə qeyri-kafi, "2" qiyməti alıblarsa, belə şagirlər növbəti təhsil ili öncəsi məktəbə müraciət edərək yenidən qiymətləndirmədə iştirak edərək öz qiymətlərini yaxşılaşdıra bilərlər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Daimi aclıq hissi zülal çatışmazlığı səbəbindən ola bilər”
Hansı çaylar arıqlamağa kömək edir?
Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verdi