Azərbaycanda əlillik qruplarının ləğv edilməsi təklif olunur.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.
Dəyişikliklə qanunvericilikdə I qrup əlillik ifadəsi – I dərəcəli əlillik, II qrup əlillik ifadəsi – II dərəcəli əlillik və III qrup əlillik ifadəsi isə III dərəcəli əlillik ifadəsi ilə əvəz edilir.
Qanunda əlillik dərəcələri üzrə meyarlara da dəyişiklik olunacaq.
Qanuna dəyişiklik layihəsi yaxın vaxtlarda Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Oxu24.com
ŞƏRHLƏR