Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30657
az

Bakıda qadın qızı ilə münasibət qurmaq istəyən oğlanı bıçaqladı - MƏHKƏMƏ

16:5107 May, 2020
522
KRİMİNAL
  • A

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Aynurə Qafarovanın cinayət işi üzrə ibtidai isitintaq başa çatıb.

Oxu24..com “Report”-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Səbuhi Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Əhmədli qəsəbəsində qeydə alınıb.

Nəsrəddin Tusi küçəsində 1993-cü il təvəllüdlü Binnətov Kənan Cavanşir oğlu orta yaşlı qadın tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahiyyə əməliyyatı edilib.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən qadını saxlayıb. İlkin məlumata görə, K.Binnətov hadisəni törədən şəxsin qızı ilə münasibət qurmaq istəyib. Qızın anası bunu bildikdə K.Binnətovla mübahisə edən zaman ona bıçaqla xəsarət yetirib.

A.Qafarovaya Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur
Ər-arvad 5 gün ara ilə intihara cəhd etdi - Qadın öldü
Qaxda avtomobillər toqquşdu, xəsarət alanlar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib