Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30655
az

190 manatı ala bilməyən narazı şəxslərin nəzərinə: BU FORMADA MÜRACİƏT EDİN

16:0407 May, 2020
670
İQTİSADİYYAT
  • A

Mənim 190 manatlıq birdəfəlik yardıma ehtiyacım var, amma nazirlik müxtəlif səbəblər gətirərək bu birdəfəlik ödəməni verməkdən imtina edib. Hətta 190 manata ehtiyacım olduğunu sübut da edə bilərəm" deyənlərin çoxluğunu nəzərə alaraq, "Telesəhər" məsələyə aydınlıq gətirməyə çalışıb.

Baku.ws xəbər verir ki, verilişdə qonaq olan Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev qaranlıq məqamlarla bağlı suallara cavab verib.

C.Quliyev 190 manata ehtiyacı olduğunu sübut edə biləcək vətəndaşların qurumun yerli şöbələrinə şikayət və ərizə ilə müraciət etməli olduğunu bildirib:

"Xidmətin rayon şöbələri də daxil olmaqla, bu istiqamətdə işlər həyata keçiririk. Yerli qurumlar vətəndaşların ərizə və şikayətlərinə baxır. İmtinanın səbəbləri aydınlaşdırılır və əhaliyə cavab verilir".

Qurum rəsmisi "Heç elə olubmu ki, imtina cavabı alan kimsə gəlib və onun haqlı olduğu sübuta yetirilib. Həmin vətəndaşa birdəfəlik ödəmə edilib?" sualına "Bəli" deyə cavab verib:

 
"Belə hallar olub. Mən onu qeyd edim ki, 190 manatlıq birdəfəlik ödəmənin təyin edilməsi sistem vasitəsilə həyata keçirildi. Bu təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemi vasitəsilə edilmədi. Həmin məlumatlar digər qurumların da sistemləri ilə yoxlanıldı. Yoxlanılma zamanı xətalar ola bilər".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Brent" markalı neft ucuzlaşdı

Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
4 nəfərlik ailəyə nə qədər pul lazımdır? -VİDEO

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İndi də Ağadadaş Ağayev mühafizəçinin   həbsini     istəyir