Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30649
az

Azərbaycanda karantin rejimi daha 2 ay uzadılır? - RƏSMİ

13:2107 May, 2020
1441
REDAKTORUN SEÇİMİ
  • A

Modul tipli xəstəxanaların iyun ayında da istifadəyə verilməsi planı Azərbaycan əhalisinin yay aylarında - iyun, iyul aylarında da karantin rejimində qalacağı deməkdir?

Milli.Az xəbər verir ki, suala İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın brifinqində aydınlıq gətirib.

Zaur Əliyev koronavirusa yoluxanların müalicə olunması üçün nəzərdə tutulan modul tipli xəstəxanaların mahiyyətini açıqlayıb:

"Modul tipli xəstəxanaların istifadəyə verilməsinin iyun ayına kimi nəzərdə tutulması Azərbaycan əhalisinin iyun, iyul aylarında da karantin rejimində qalacağı anlamına gəlmir. Modul tipli xəstəxanaların əsas məqsədi nədən ibarətdir? Əgər yoluxmanın sürəti kifayət qədər güclü olarsa, tibb müəssələrimizdə xəstələrin yerləşdirilməsində çətinlik çəkə bilərik.

Ona görə də ölkə rəhbərinin tapşırığı ilə bütün lazımi tədbirlər görüldü ki, bizim xəstələrin sayı çoxaldıqda elə bir çətinliklə qarşılaşmayaq. Bəzi ölkələrdə əsas problem ondadır ki, xəstələrin yerləşdirilməsində çətinlik çəkirlər. Bu modul tipli xəstəxanalar artıq ilk gündən qurulmağa başladı. Bunların əsas özəlliyi də ondan ibarətdir ki, qısa zamanda və çox tez, rahat şəkildə qurmaq olur. Ona görə də bizdə artıq qurulubdur və qurulur. Mən iyun deyəndə qeyd edirdim ki, bütün 10 xəstəxanaların hamısı mərhələli şəkildə, yəni ki bu həftə ərzində bir neçəsi artıq istismara veriləcək, növbəti həftədə daha neçəsi. Və iyunun ortalarına qədər bu şəkildə bu məsələ bitməlidir ki, biz də xəstələrin sayında artım olduğu halda həmin xəstəxanalarda yerləşdirək".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏT! Əhaliyə xəbərdarlıq edildi
Zaur Kamalın oğlu efirdə saqqız çeynədi - VİDEO
Bu deputatlara “Mercedes E 300” veriləcək- Siyahı

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
8700 manatlıq iribuynuzlu heyvan oğurlayan şəxs saxlanıldı