Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30623
az

ÜST: Dünyada daha 71 min insan koronavirusa yoluxub

02:0007 May, 2020
684
DÜNYA
  • A

Dünyada koronavirusa yoluxanların sayı 3,6 milyon nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilat bildirib ki, son bir gündə dünyada COVID-19-a daha 71 min nəfər yoluxub. Eyni zamanda təsdiq edilmiş ölüm hallarının sayı daha 4 min artaraq 247 mini ötüb.

ÜST-ün son məlumatına görə, dünyada virusa yoluxanların sayı 3 588 463 nəfər təşkil edir, 247 503 pandemiyanın qurbanı olub. Son bir gündə dünyada COVID-19-a yoluxanların sayı 71 463 nəfər, ölənlərin sayı 4 102 nəfər artıb.

Avropa hələ də koronavirusa yoluxanların və ölənlərin ümumi sayına görə öndədir. Köhnə qitədə COVID-19-a 1 593 828 nəfər yoluxub, 147 780 pasiyent ölüb. Bu qitədə son 24 saatda virusa yoluxanların sayı 27 179, ölənlərin sayı 2 178 nəfər artıb.

Şimali və Cənubi Amerikada virusa 1 507 148 insan yoluxub, 81 070 nəfər ölüb. Bu region son bir gündə COVID-19-a yoluxma sayına (29 701) görə Avropanı üstələyib. Amerika qitəsində son gündə 1 480 pandemiya qurbanı olub. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Amerikalılar Tayvana tanklar göndərdilər
Göyərtəsində azərbaycanlıların olduğu gəmi fəlakət siqnalı verdi
Ferdi Tayfur    xəstəxanaya     yerləşdirildi

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İndi də Ağadadaş Ağayev mühafizəçinin   həbsini     istəyir