Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30335
az

Xəzər dənizində güllələnən Azərbaycan vətəndaşları kimdir? — Hadisənin ilginc DETALLARI

21:4402 May, 2020
3609
ÖZƏL BÖLÜM
  • A

Xəbər  verdiyimiz  kimi Azərbaycan  vətəndaşları  Qazaxıstan  hərbçiləri  tərəfindən  atəşə tutulub.

Bu zaman  1 nəfər  Azərbaycan  vətəndaşı  ölüb  və  3 nəfər  yaralanıb. Azərbaycan  insidentlə  bağlı  Qazaxıstana  rəsmi  etiraz  notası  göndərib.

Oxu24.com  insidentin  təfərrüatı  ilə  bağlı  ilginc  məlumatlar əldə  edib.

Əldə  etdiyimiz  məlumata  görə, həmin şəxslər  balıqçılar olub. Ölən  və  yaralanan  şəxslər  Neftçala  rayonundandır. Hər 4 nəfər   rayonun   Kürkənd  kənd  sakinidir. Onlar  balıqçı  gəmisi  ilə  Xəzərdə  balıq  ovu  zamanı  hərəkət  edərkən  qayığın  motorunda  problem yaranıb.  Bu  səbəbdən də  balıqçılar  Qazaxıstan  sularına  keçib. Mənbə  iddia  edir  ki,  balıqçı   gəmisi  rəsmi  qurumlardan  birinə  məxsus  olub. İnformasiya  ilə  bağlı  əlimizdə  dəqiq  fakt  olmadığından  həmin  məlumatı  təqdim  etmirik.

Aprelin  30-da  baş  vermiş  hadisə  zamanı Azərbaycan vətəndaşları Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov  və  Ş.Novruzovun  saxlanılması  zamanı  silah  işlədilib.

Aldığı  yaradan  vəfat  edən  Azərbaycan  vətəndaşının  meyiti  hazırda  Qazaxıstan  tərəfindədir. Həmçinin yaralılar  da Qazaxıstan  sərhədçiləri  tərəfindən  saxlanılıb. Hazırda  Azərbaycan  tərəfi  rəsmi  danışıqlara  başlayıb.Qazaxıstanın ölkəmizdəki Səfiri Serjan Abdıkarimov nazir müavini Xələf Xələfov tərəfindən Xarici İşlər Nazirliyinə dəvət edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şirvan xəstəxanasında ŞOK! Həkimlə xəstə əlbəyaxa oldu - FOTOLAR
Qazinin ev almasına kimlər əngəl olur? - ŞİKAYƏT
“Şlyapa Zahid” işi məhkəmədə- 42 milyon necə mənimsənilib?

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib