Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30276
az

SON DƏQİQƏ! Mərkəzi Bank vacib açıqlama yaydı

08:1802 May, 2020
2125
İQTİSADİYYAT
  • A

Bağlanan 2 bankın əməkdaşlarının əməkhaqları ödənəcək. Bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov deyib. Bildirilib ki, iyunun 1-dək həmin banklarda əhalinin qorunan əmanətlərinə çıxış imkanı da yaradılacaq.

İyunun 1-dək bağlanmış iki bankda əhalinin qorunan əmanətlərinə çıxış imkanı yaradılacaq. Bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Konfransda bildirlib ki, Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9%-dən 8%-ə endirlib. Aşağı hədd isə dəyişməz saxlanılıb. Elman Rüstəmov bağlanan 2 bankdakı vəziyyətə toxunaraq bildirib ki, həmin bankların əməkdaşlarının əməkhaqları ödənəcək.

Elman Rüstəmov qeyd edib ki, əhalinin bu banklardakı qorunan əmanətlərinə çıxış imkanı da yaradılacaq. Qanunvericiliklə bu müddət 3 ay olsa da, əmanətlərə çıxış imkanı iyunun 1-nə kimi təmin ediləcək.

O da vurğulanıb ki, Mərkəzi Bank ölkənin tədiyə balansı üzrə proqnozu dəyişib. Pandemiyanın təsiri nəticəsində ixrac gəlirlərində itki, idxal da isə azalma olacaq.

Elman Rüstəmovun sözlərinə görə, sığorta bazarındakı monitorinqlər isə bu sahədə kəskin problemin olmadığını göstərir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu bankda bəzi çatışmazlıqlar aşkarlandı - AMB sədri açıqladı
“ƏDV geri al” adı ilə də dələduzluq edilir - XƏBƏRDARLIQ
Qızıl və gümüş bahalaşdı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ağcabədi sakinlərindən 10 ədəd tüfəng götürülüb