Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30007
az

Koronavirusdan sonra insanlarda bu xəstəliklər çoxalacaq

01:3929 Aprel, 2020
556
  • A

Koronavirus pandemiyası və karantində insanlar virusdan qorunduğu halda digər xəstəliklər və sağlamlıqları ilə bağlı yeni, hətta gözləmədikləri problemlərlə üz-üzə qalacaq. Mütəxəssislər karantin və pandemiya bitdikdən sonra daha çox sayda insanın müxtəlif həkimlərə müraciət edəcəyini proqnozlaşdırır. Bİr sözlə, poliklinika və xəstəxanalarda xəstə sayı rekord həddə çata bilər.


Oxu24.com medicina.az-a istinadən postpandemiya dövründən hansı həkimlərin xəstə axınına məruz qalacağını təqdim edir:

1. Psixiatrlar - panik atak, nevroz, depressiya, obrussiv konsultiv pozuntular çoxalıb. Hazırda bir çox kişilər,gənclər, qadınlar, hətta yeniyetmələr panik atak tutmaları, virus səbəbindən ölüm qorxusu və beynin, sinir sisteminin daim gərgin olması səbəbindən nevrotik tutmalar keçirir. Sanki nəfəsin çətinləşməsi, sıxılma, əsmə, ürək çırpıntıları kimi simptomları digər xəstəliklərlə səhv salıb, yanlış həkimlərə müraciət edə bilərlər.

Epidemiyaya görə əlləri, geyimi, əşyaları, qidaları belə yumaq tədbirlərinin çoxalması bir çox qadınlarda obrussiv konsultiv pozuntular yaradacaq. Onlar postpandemiya dövründə də hər dəqiqə əl yumağa davam edəcəklər, bu isə artıq psixoloji problemdir.

2. Kardioloqlar - hərəkətsizlik, qorxu, stress, düzgün qidalanmamaq ürək-damar problemləri, damarların tıxanması, buna bağlı olaraq infarkt hallarını artıra bilər. Bu problem artıq indidən hiss olunur.

Eləcə də gənclər arasında ritm pozğunluğu, aritmiya çoxalacaq. Postpandemiya dövründə kardiocərrahların işi də artacaq. Çünki tıxanan damarları, qapaqları dəyişmək statistikası yüksələcək. Xüsusən virusdan qoruduğumuz yaşlı insanlar pandemiyadan sonra ürək çatışmazlığı və infarktın qurbanı olar. Ona görə də yaşı 40-dan yuxarı kişi və qadınlara elə indidən kardioloji müayinələrdən keçməyi tövsiyə edirik.

Evdə də olsaz gəzmək, gimnastika vacibdir. Yağlı qidalar yeməyin. İmkan tapan kimi bir saat gəzin.

3. Ağciyər üzrə həkimlər, terapevtlərə- Virusu gizli keçirənlərin, eləcə də sağalanların ağciyərlərində koronavirusun hələ də yan təsirləri qalacaq. Eləcə də karabtin dövründə çox siqaret çəkmək, evdə havasızlıq, stress və az maye qəbulu uşaqdan böyüyə kimi bronxit, XOBL, astma bronxit xəstəliklərinin başlanğıcını qoruya bilər.

Allergik mənşəli öskürək halları çoxalacaq. Məsləhətdir ki, pandemiyadan sonra hər kəs ağciyərlərini rentgen etdirsin.

4. Endokrinoloqlar - alimlər pandemiya sonrası diabet xəstəliyinin artacağını proqnozlaşdırır. Bu evdə qalmaqla çox yemək və hərəkətsizlik nəticəsində bədən ketlə indeksinin pozulması, qanda şəkərin artması və piylənmə ilə bağlıdır.

Pandemiyadan sonra gizli şəkər və insulin dirəncini yoxlatmaq üçün analizlər vermək lazımdır. Eləcə də hormonal disfunksiya, zob və s. kimi qalxanvari xəstəliklər daha çox sayda insanı, xüsusən gəncləri cənginə alacaq.

5. Psixoloqların - psixoloji, nevroloji problemləri olanlar, ciddi sosial maddi sıxıntı yaşayanlar, gələcəyinə görə narahat olanlar, baş verənləri emosional olaraq həzm edə bilməməsi insanları psixiatr və psixiloqların seanslarına üz tutmağa məcbur edəcək. Bu problemlərin həlli üçün şərt düzgün və savadlı psixoloqa müraciət etməkdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?
Bəzi yollarda duman olacaq

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub