Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30004
az

Krediti olanlara ŞAD XƏBƏR...30 sentyabradək - AÇIQLAMA

01:0629 Aprel, 2020
772
İQTİSADİYYAT
  • A

Pandemiyadan zərər çəkmiş sahələrə kredit dəstəyi verilməsi üçün ciddi dövlət proqramı var.
Oxu24.com
-un  xəbərinə görə, bu sözləri Azərbaycan Televiziyasına müsahibəsində Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov qeyd edib ki, Mərkəzi Bank hökumətin proqramlarına əsasən banklara imkan verir ki, onlar sentyabrın 30-dək kreditləri restrukturizasiyası etsinlər: "Sadə dillə desək, banklara kreditlərin ödənilməsi vaxtını uzatmaqla bağlı tövsiyələr verilib. Artıq bu kreditlər Mərkəzi Bank tərəfindən "pis kreditlər" kimi nəzərə alınmır. Bununla bankların da vəziyyəti pisləşməyəcək. Əsas məsələlərdən biri odur ki, əhaliyə heç bir cərimə, dəbbə pulları hesablanmır. Bildiyimiz kimi, hər bir vətəndaşımızın və hüquqi şəxsin kredit tarixçəsi olur. Həmin şəxs növbəti dəfə kredit alanda, kredit tarixçəsi olduqca mühümdür. Banklar müraciət edən şəxsin tarixçəsinə baxır ki, həmin adamın kredit tarixçəsi müsbətdir, ya yox. Biz banklara tövsiyə etmişik ki, kredit ödənişinin vaxtı uzadılan şəxslərin kredit tarixçəsi pisləşməsin. Çünki onlar özlərindən asılı olmayan səbəblərdən kredit ödənişi vaxtını uzadırlar".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə baza valyutasını dəyişdi -Dollardan İMTİNA ETDİ
İran pulunu dəyişir - Pezeşkiandan təcili qərar
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi azaldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ