Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29842
az

SON DƏQİQƏ! Təhsil  Nazirliyi  vacib  məlumat yaydı

11:1827 Aprel, 2020
1694
  • A

Müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə müsahibələr onlayn keçiriləcək.          

Təhsil Nazirliyindən  Oxu24.com-a verilən məlumata görə, müsahibələr "Microsoft Teams” platforması üzərindən təşkil olunacaq və ilkin mərhələdə Bakı şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimləri əhatə edəcək.

Onlayn müsahibələrdə iştirak könüllü surətdə həyata keçirilir və müsahibələrdə iştirakla bağlı namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək.   

Bu və ya digər səbəblərə görə müsahibələrə qoşula bilməyən namizədlərin ənənəvi şəkildə müsahibədə iştirak hüququ saxlanılır.

Xüsusi karantin rejimi dövründə tətbiq edilən hərəkət məhdudiyyəti aradan qaldırıldıqdan sonra həmin şəxslərin müsahibədə iştirakı təmin olunacaq.  

Proses barədə mütəmadi məlumat veriləcək.

Qeyd edək ki,  2018-2019-cu və 2019-2020-ci tədris illəri üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplamış və vakant yerlərə  müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə müsahibədə iştirak üçün 3000 nəfərə yaxın namizəd qeydiyyatdan keçib.

Müəllimlərin şəxsi məlumatları, hazırda müddətli əmək müqaviləsi ilə işlədikləri məktəblərdə vakansiyanın olub-olmaması  yoxlanılıb və 1300-dən çox namizədin elektron ərizəsi təsdiq edilib.

 

Həmçinin oxu:  Bakıda qızın üzərinə  oyuncaq silah çəkən şəxs tutuldu +VİDEO

 

SON DƏQİQƏ! Ən böyük aysberq dağıldı  — Dünya təhlükədə (FOTO+VİDEO)

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki general ehtiyata buraxıldı
“Uşaq xəstə olub...” - Əhmədin dayısı
Ağır qəza: Ölən və yaralılar var

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
34 yaşlı qadın küçənin ortasında vəhşicəsinə bıçaqlandı -VİDEO