Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29700
az

Azərbaycanda dəhşət: İlanlar sürü şəklində kəndə hücum etdi +VİDEO

20:2025 Aprel, 2020
2557
OXU24 TV
  • A

Ağdamda ilan sürüsü yaşayış evinə basqın edib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. 

İlan sürüsü Ağdam rayonunun Əhmədavar kəndindən məcburi köçkün düşən Zahir Zeynalovun evinə basqın edib. Kərpic tikiliyə dolan ilanlar ev sahibinin gecələr bayırda gecələməsinə səbəb olur. Aidiyyəti  qurumlar evdə dərmanlama işləri aparsa da, ilanlar evin dam örtüyünü tərk etmir. Son bir gün ərzində hər birinin uzunluğu 1,24 santimetr  olan 3 ədəd ilan öldürülərək evdən çıxarılıb: “Bu gün səhər gördüm ki, burda bir ilan var, onu vurub öldürdüm. Yarım saatdan sonra gördüm bir ilan da var. Aradan bir az keçəndən sonra yenə bir ilan da var. Bel ilə vurub başını kəsdim”.

Ev sahibləri yaranmış vəziyyətlə bağlı yerli icra nümayəndəsinə məlumat veriblər: “Dünən axşam birini öldürüb yoldaşım. Gecəni yatmamışıq, gecə bir ilanı öldürdük, indi də Allah köməkləri olsun, qonşular da kömək etdi, birini öldürdük. Dünən axşamdan üç dənə ilan öldürmüşük. İcra nümayəndəliyinə müraciət eləmişik. Üç gün bundan əvvəl  həyətdə görmüşdüm. Gəlib dərmanladılar, lakin dərmanın xeyri olmadı”.

Ev sahibi hələ də evdə ilan olduğunu deyir. Bu səbəbdən cavabdeh qurumların ona kömək etməsini istəyir. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda oğurladığı pulla plastik əməliyyat etdirən qız tutuldu - Şok detallar
Canlı yayımda qıza hücum etdi - VİDEO
Bakıda avtomobil svetofor dirəyinə çırpılıb - VİDEO