Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29252
az

Elgizin verilişi bu  videoya görə  bağlanıb (18+)

23:0020 Aprel, 2020
11942
18+
  • A

ARB TV-nin "Elgizlə izlə" verilişinin 18 aprel tarixli buraxılışında şok anlar yaşanıb. 

Oxu24.com -un xəbərinə görə, veriliş gedə-gedə Elgizə zəng edən Afaq Bəşirqızı canlı yayımda olduğunu bilmədən telefonda kişi söyüşü söyüb, bu isə efirdə eşidilib və hətta Elgizin üz cizgilərinin dəyişməsi də digər ekspertlərin nəzərindən qaçmayıb. Nəticə isə heç də yaxşı olmayıb. Belə ki, bu gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib. Yenilik.az xəbər verir ki, iclasda 18 aprel 2020-ci il tarixdə ARB televiziya kanalında yayımlanan "Elgizlə izlə" proqramına qoşulan ekspert tərəfindən nalayiq ifadələrin işlədilməsi faktı üzrə məsələyə baxılıb.


Milli Televiziya və Radio Şurası ARB televiziya kanalının efirində yayımlanan “Elgizlə izlə” verilişində əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya yayımlanmasına görə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.5.3-cü, 23.1-ci, 39.6-cı maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.11-1-ci bəndini rəhbər tutaraq ARB televiziya kanalının efirində 21 aprel 2020-ci il tarixdə proqramların yayımının 6 saatlıq müddətədək (saat 10:00-dan saat 16:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

ARB televiziya kanalı, ona tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatı yayımın dayandırılması müddəti ərzində özünün efirində yayımlamalıdır.

Bu qərardan dərhal sonra Redaktor.az-ın məlumatına görə, televiziya rəhəbrliyi tərəfindən sözügedən verilişin bağlandığı və aparıcı Elgiz Əkbərin işdən azad olunduğu iddia edilib. Elgiz Əkbər isə açıqlamasında deyilənlərin yalan olduğunu bildirib:"Mən bilmirəm, xəbərim yoxdur. İşdən çıxarıldığımı kim deyir? Kim yazıb onu? Mənim hələ heç nədən xəbərim yoxdur"./Yenilik.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Yuxuda sekslə məşğul olmaq nəyə işarədir? - Yuxu yozmaları
Kişini alçaldıb maşının baqajına saldılar- Tutuldular

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Kişini döyüb öldürdülər