Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28873
az

Koronaviruslu günlərdə kimlər oruc tuta bilməz? - XƏBƏRDARLIQ

20:4015 Aprel, 2020
445
CƏMİYYƏT
  • A

Koronavirusa yoluxmamaq üçün əsas şərt immunitet sistemini güclü saxlamaqdır. Yaxınlaşmaqda olan Ramazan ayında oruc tutacaq insanları da elə bu məsələ düşündürür.

İnsanları maraqlandıran suallara dietoloq və ilahiyyatçı aydınlıq gətirib.

Oxu24.com xəbər verir ki, yenicag.az-a açıqlama verən həkim dietoloq Tutu Zeynalova bəzi insanların oruc tutmasının səhhətlərinə ziyan olduğunu deyib:

"Ürək-damar, şəkərli diabet, yüksək təzyiq və digər xroniki xəstəliklərdən əziyyət çəkən insanlar yaxşı olar ki, öncə həkimlə məsləhətləşib, sonra oruc tutacaqlarına qərar versinlər. Çünki onların müntəzəm qəbul etdiyi dərmanlar var, bunlar tənzimlənməlidir.

Sağlam insanlar isə oruc tuta bilər. Çünki Ramazan ayı bizim orqanizmimizin yenilənməsi üçün verilən bir zamandır. Sadəcə, düzgün və balanslı qidalanmaq lazımdır. Yəni daha faydalı yeməklərə üstünlük verilməlidir".

Dietoloq deyir ki, oruclu insanlar müəyyən qaydalara mütləq əməl etməlidir:

"Gündəlik su balansınızı qorumaq lazımdır. Menyuda meyvə-tərəvəz, zəngin protein qaynağı olan ət, toyuq, balıq mütləq olsun. Bundan əlavə həftədə iki dəfə paxlalılar qrupunda yer alan qidalar, bitki çayları istifadə edilməlidir. Bütün bunlara riayət etmək şərti ilə əgər evdən çıxmırlarsa, o zaman oruc tuta bilərlər."

İlahiyyatçı Elşad Miri deyir ki, amerikalı professorun apardığı araşdırma orucun immuninet sistemini zəiflətməsi iddialarını təkzib edib:

"Bu ərəfələrdə Amerikada olanda bir professorla tanış oldum, onun araşdırması müsəlmanların Ramazan ayında tutduqları orucla bağlı idi.

Onun araşdırmasına görə, müsəlmanların Ramazan ayında tutduğu oruc insanda immunitet sistemini və eyni zamanda xərçəng hüceyrələri ilə mübarizə aparan proteinləri gücləndirir. Onun bu araşdırmasında təkcə müsəlmanlar yox, buddistlər, xristianlar, yəhudilər də iştirak edib.

Amma biz Allahın əmri olduğu üçün oruc tuturuq. Buna görə də fikirləşmirik ki, immunitetimiz zəiflədi və yaxud gücləndi. Amma araşdırma bəzilərinin iddia etdiklərinin əksinə immunitetin güclənməsini göstərdi".

Dietoloqun fikirləri ilə razılaşan ilahiyyatçı söyləyir ki, xəstə adamlar oruc tutmamalıdır, sağlam insanlar isə qidalanmaya önəm verməlidir.

"Qurani-Kərimin "Bəqərə" surəsində buyurulur ki, xəstə insan sağaldıqdan sonra orucunu da tuta bilər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü