Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28825
az

SON DƏQİQƏ! Nazir müavini ödənişlərlə bağlı vacib açıqlama verdi +VİDEO

10:5415 Aprel, 2020
1724
ÖZƏL BÖLÜM
  • A

Xəbər  verdiiymiz  kimi Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda qeyd olunub ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin:

- ünvanlı dövlət sosial yardımı alanlar;

- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

- I və II dərəcə əlilliyi olan şəxslər;

- işsiz kimi qeydiyyatda olanlar;

- yaşa görə əmək pensiyaçıları; 1.2.4. yaşa görə sosial müavinət alanlar.

Bəs tələbələrə pul  hansı  qaydada  və  əsaslarla ödəniləcək?

Oxu24.com  xəbər  verir  ki, Təhsil  nazirinin  müavini  İdris  İsayev bütün  suallara  cavab  verib.

Nazir  müavininin  sözlərinə  görə, bu imtiyazdan yararlanmaq üçün tələbələr iyulun 5-nə kimi təhsil aldıqları  universitetə  müraciət  etməlidir.  Tələbələrin  müraciətindən  sonra  sənədlər bazaya daxil  ediləcək  və  ödənişlər  olacaq.

Növbəti semester üçün isə  ekabr  ayının  1-nə kimi tələbələr  müraciət  edə  bilər.

Nazir müavini  bildirib ki, bu imtiyazdan 22 min tələbə  istifadə  edəcək.

Daha  ətraflı  videonu  təqdim  edirik:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

30 ildir öz evinə girə bilmir - Sumqayıtda məhkəmə qərarının icrasını kim yubadır?
Şirvan xəstəxanasında ŞOK! Həkimlə xəstə əlbəyaxa oldu - FOTOLAR
Qazinin ev almasına kimlər əngəl olur? - ŞİKAYƏT

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var