Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28509
az

Mənsimovun SOCAR-ı məhkəməyə verməsi iddiası yalan çıxdı

21:0910 Aprel, 2020
444
  • A

"Sosial şəbəkələrdə bəzi qruplar bizimlə bağlı mənfi rəylər formalaşdırmağa çalışırlar".

Oxu24.com  xəbər verir ki, bunu SOCAR-ın Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş”nin baş icraçı direktoru Zaur Qəhrəmanov "Anadolu” agentliyinə bildirib.

"Palmali Group” adlı şirkətin bəzi tərəfdarlarının bizə qarşı mənfi rəy formalaşdırmaq cəhdi var, amma bu şirkətin sahibinin bizimlə heç bir əlaqəsi, şərikliyi yoxdur. Bu şirkətlə Londonda məhkəmədə olmuşuq. Bizim onlara borcumuz yoxdur, onların bizə borcu var. Buna baxmayaraq, belə bir fikir formalaşdırmaq istəyindədirlər”, - deyə o əlavə edib.

"SOCAR Turkey” rəhbəri Azərbaycan şirkəti olaraq Türkiyədəki investisiyalara eyni formada davam edəcəklərini vurğulayıb.

Z.Qəhrəmanov qeyd edib ki, SOCAR 15 ölkədə fəaliyyət göstərir və bu ölkələr arasında ən etibarlı investisiya şəraiti Türkiyədədir. Onun sözlərinə görə, bu təkcə bu gün üçün deyil, həmişə qüvvədədir: "Biz Azərbaycan Dövlət Şirkəti olaraq Türkiyəyə 16 mlrd. ABŞ dolları məbləğində sərmayə yatırmışıq və bu investisiyalar davam edəcək”.
 
Z.Qəhrəmanov vurğulayıb ki, sosial şəbəkələrdə dolaşan bəzi iddialarda əksinin vurğulanmasına baxmayaraq, əslində borcu ödəmədiyinə görə SOCAR Palmali şirkətini məhkəməyə verib və təzminat tələb edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ədalət Verdiyevin cəzası bu ola bilər — Hüquq nə deyir?
İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR