Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28493
az

Krediti vaxtında ödəməsəniz... – Borcu olanların NƏZƏRİNƏ

16:5910 Aprel, 2020
1957
İQTİSADİYYAT
  • A

"Kredit tarixçələrinə "ləkə" düşə bilər”.

 

Oxu24.com  xəbər verir ki, bunu iqtisadçı Azər Mehtiyev deyib.

 

A.Mehtiyev xatırladıb ki, məlum olduğu kimi, uzunmüddətli istifadə üçün nəzərdə tutulan istehlak mallarını (mebel, məişət avadanlığı, elektronika və s.) kreditə verən firmalar karantin rejimi ilə bağlı kreditlərin ödənilməsində ləngimələrə görə faizin hesablanmasını aprel ayı üzrə dayandırdıqlarını bəyan ediblər.

 

Onun sözlərinə görə, belə firmalardan birindən bu gün zəng gəlib ki, krediti ödəməmisiniz: "Sonra özlərinin məlum bəyanatlarını xatırlatdılar. Və dərhal xəbərdarlıq etdilər ki, firmanın cərimə faizlərinin hesablanmasını dayandırmasına baxmayaraq, kreditin vaxtında ödənilməməsinə görə sizin kredit ödənişiniz gecikmiş kimi qeydə düşəcək. Sən demə, bu, məhz Mərkəzi Bankın hərəkətsizliyi üzündən baş verəcək: firmanın qərarına baxmayaraq Mərkəzi Bank hələ müvafiq sistemlərdə heç bir dəyişiklik etmədiyindən mövcud vəziyyət səbəbindən kredit ödənişlərində baş verən "icazəli" ləngimələr sistemdə məhz "kreditin vaxtında ödəmilmədiyi" kimi qeydə alınacaq. Bu isə ödəyicilərin kredit tarixçəsinə problem yarada və gələcəkdə onun "problemli ödəyicilər" qrupuna düşməsinə gətirib çıxara bilər”.

 

Qeyd: "Kontakt Home", "İrşad Electronics”, "Baku Elektronics” və digər mağazalar şəbəkələri karantin müddəti dövründə krediti olanlara güzəşt ediləcəyini bəyan etmişdilər.

 

(pravda)

Günün təklif olunan videosu:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə baza valyutasını dəyişdi -Dollardan İMTİNA ETDİ
İran pulunu dəyişir - Pezeşkiandan təcili qərar
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi azaldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ