Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28416
az

Bu ərazidə yaşayan pensiyaçılara şad xəbər

19:0609 Aprel, 2020
529
  • A

Bakının Nizami, Nərimanov və Xətai rayonları üzrə pensiya ödənişləri də həyata keçirilib".

Oxu24.com  xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, pensiya vəsaitləri həmin rayonlar üzrə pensiyaçıların (85 994 nəfər) bank hesablarına köçürülüb: "Sabah Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiyalar ödəniləcək. Ayın 15-də respublikanın digər rayonlar üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq və aprel ayının pensiyalarının ödənişi prosesi başa çatacaq. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq".

"Pensiyaçıların yaxınları, ailə üzvləri (evdən çıxmaq üçün müvafiq icazə əsasında), habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin "Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər. Bu zaman hər hansı faiz tutulmayacaq", - F.Talıbov qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bakıda xadimə işlədiyi evi soydu