Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28340
az

Ucar, İsmayıllı və Şamaxıda son durum — 186 nəfər...

23:0008 Aprel, 2020
732
HÜQUQ
  • A

Koronavirus (COVİD-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar Azərbaycanda tətbiq olunan gücləndirilmiş karantin rejiminə bəzi vətəndaşlar tərəfindən heç də riayət olunmur və onlar polislər tərəfindən qanuna müvafiq olaraq cərimələnirlər.

Oxu24.com  xəbər verir ki, təkcə son üç gündə Ucarda polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərini pozan 83 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə tətbiq ediblər və onlar 100-200 manat məbləğində cərimə olunublar.

Karantin rejiminin tələblərini daha kobud şəkildə pozan 3 nəfər barəsində isə həbs cəzası tətbiq edilib.
İsmayıllı rayonunda bir gündə gücləndirilmiş karantin rejimini 24 nəfər pozub. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən onların hamısı 100-200 manat məbləğində cərimə olunub.

Karantin rejiminə Şamaxı rayonunda da bəzi vətəndaşlar tərəfindən əməl edilmir. Təkcə bir gündə polis əməkdaşları 79 nəfəri saxlayıb və onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə tətbiq edilib.

Onların hər biri 100-200 manat məbləğində cərimə ödəməli olublar. Axar.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib
Vəkillər Kollegiyasının futbol komandaları mötəbər beynəlxalq turnirində mükafatlar qazandı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ