Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28271
az

Azərbaycanlı həkim koronavirusa yoluxanları belə sağaldır... - "Ölənləri yandırırlar..."

22:1007 Aprel, 2020
1348
ÖZƏL BÖLÜM
  • A

Bütün dünyanın cənginə alan COVID-19 virusu Almaniyanın da kabusuna çevrilib. 

Avropa ölkəsində vəziyyətin necə olması, xəstələrin durumu haqda Almaniyanın Hannover şəhərindəki dövlət xəstəxanasında çalışan həkim, həmyerlimiz Emil Fərzəliyevlə Redaktor.az-a geniş müsahibə verib.

- Emil bəy, hazırda Almaniya xəstəxanalarında vəziyyət necədir? 

- Vəziyyət o qədər də gərgin və xaotik deyil. Xəstə sayı çox olsa da, reanimasiyada ağır xəstələr azlıq təşkil edir. Yəni, bir çox xəstələrin durumu normaldır. Onların müalicəsi üçün də kifayət qədər tibbi ləvazimat var. Həkimlər xəstələri sağaltmaq üçün gecə-gündüz çalışır. 

- Almaniyada həkim çatışmazlığı varmı? 

- Bəli, hazırda əsas problem də məhz budur. Xəstə sayı çoxdur, amma həkim sayı yetərli deyil. Ümumiyyətlə, nəinki həkim, digər tibb işçilərinin sayı lazım olandan azdır. Buna görə də həkimlər normadan artıq çalışmağa məcbur qalır. Bu da təbii ki, müəyyən problemlərə yol açır. 

- Demək, inkişaf etmiş ölkə də bu virusun qarşısında acizdir...

- Yox, acizdir deməzdim, sadəcə olaraq bütün ölkələr kimi Almaniyada bu virusa hazırlıqsız yaxalandı. Axı, heç kimin ağlına gəlməzdi belə bir virusun yayılacağı. Əslində düşünürəm ki, virus sayəsində bir çox sahələrdə olan boşluqlar, çatışmazlıqlar üzə çıxdı. Ölkələr bundan sonra yəqin ki, daha ciddi yanaşar, xüsusi ilə tibb sahəsinə. 

- Virusa yoluxanlar arasında hansı yaş qrupunda olan insanlar çoxluq təşkil edir? 

- Bütün dünyada olduğu kimi Almaniyada da daha çox yaşlı insanlar bu virusa yoluxur. Amma ümumi götürsək, 45 yaşdan yuxarı olan insanlar çoxluq təşkil edir. Lakin təəssüf ki, gənclər arasında da virusa yoluxanlar var. 

- Xəstələrin saxlanma şəriti necədir?

- Xəstələr ciddi rejimdə saxlanılır. Onların saxlanıldığı otağa ancaq xüsusi geyimdə daxil olmağa icazə var. Vəziyyəti ağır olan xəstələrə isə dərmanlar qapıdan verilir. Yəni, otağa daxil olmaq qadağandır. Bu, çox üzücü haldır, amma xəstəliyin yayılmaması üçün belə etməyə məcburuq. Bu, məni çox narahat edir, amma yenə də deyirəm, bunu etməyə məcburuq.

- Çalışdığınız xəstəxanada virusa yoluxan həkim olub? 

- Bəli, var. İki həkim, iki də tibb işçisi virusa yoluxub. Onlar da xüsusi karantinə alınıb, vəziyyətləri stabildir. Digər həkimlərin də virusa yoluxma ehtimalı çoxdur. Çünki fasiləsiz çalışmaq təbii olaraq bizi gücdən salır, orqanizmimizi zəiflədir.

- Xəstələr arasında azərbaycanlı varmı?

- Çalışdığım xəstəxanada yoxdur, amma ümumilikdə dəqiq bir söz deyə bilmərəm. Çünki Almaniya böyük ölkədir və burada azərbaycanlılar çoxluq təşkil edir. 

- Almaniya səhiyyəsi virusa qarşı hər hansısa vaksin üzərində çalışırmı? 

- Laboratoriyalarda müəyyən qədər işlər aparılır, amma konkret olaraq hər hansısa bir vaksin hazırlanmır. Çünki vaksinin hazırlanması o qədər də asan məsələ deyil. Bunun üçün vaxt lazımdır. 

- Ümumiyyətlə, bir həkim olaraq, bu virus haqqında nə düşünürsünüz?

- Koronavirus bildiyimiz adi bir qripdir. Sadəcə olaraq, qripin daha ağırlaşmış formasıdır. Yəni, dünyada deyildiyi kimi o qədər də dəhşətli və qorxulu deyil. Əgər virus vaxtında aşkarlanarsa, düzgün müalicə aparılarsa, ölüm ehtimalı çox aşağıdır. Bizim xəstəxanada müalicə olunub sağalanların sayı ölənlərin sayından qat-qat çoxdur. Sadəcə düzgün müalicə üsulundan istifadə etmək lazımdır. 

- Xəstələrin sağalma müddəti nə qədər çəkir? 

- Təbii ki, bu, xəstənin yaşından və səhhətindən asılıdır. Amma ümumilikdə bir həftə xəstəxanada müalicə aldıqdan sonra evə buraxılırlar. Lakin qarşıdakı bir həftə ərzində də məcburi şəkildə evdə qalmaları, insanlarla təmasda olmamaları tapşırılır. Bu müddət bitdikdən sonra, normal həyatlarına davam edirlər. 

- Sizcə, virus qarşısıalınmaz həddə çatarsa, Ümumdünya Səhiyyə Təşkilatı aciz qala bilərmi? 

- Əlbəttə, qala bilər! Bunu düşünmək belə qorxuludur. Təsəvvür edin ki, xəstə sayı günü-gündən artır və xəstəxanalarda yer tapılmır. Bu virusu da ancaq xəstəxana şəraitində müalicə etmək mümkündür. Bu baxımdan vəziyyət ciddiləşərsə, heç də ürək açan olmayacaq.

- Almaniyada virusdan dünyasını dəyişənlər hansı formada dəfn olunur? 

- Bu, şəxsin və ailəsinin istəyinə bağlıdır. Bəziləri yandırılır, bəziləri isə dəfn olunur. Amma dəfn mərasimində ailədən və yaxınlarından heç kim iştirak etmir.

- Ümumiyyətlə, ölkədə karantin qaydalarına əməl olunurmu?

- Bəli, çox yüksək səviyyədə əməl olunur. Düzdür, Almaniyada küçəyə çıxmaq qadağası yoxdur, sadəcə tövsiyə olunur ki, hamı evdə qalsın. Amma vətəndaşlar özləri maksimum dərəcədə qaydalara əməl edir, ehtiyac yaranmadıqda da küçəyə çıxmırlar. 

 

- Azərbaycanda virus yayıldıqdan sonra insanlar kütləvi şəkildə maska almağa başladı, bu da müəyyən qədər maska qıtlığına səbəb oldu. Bəs, Almaniyada vəziyyət necədir? Maska qıtlığı varmı?

- Yox, çünki burada hamı maskadan istifadə etmir. Əslində sağlam insanın maska taxması vacib deyil. Maskanı xəstə inanlar istifadə etməlidirlər. Bununla bağlı ÜST-dən də açıqlama verilib. 

- Almaniya vətəndaşları xəstəliklə bağlı nə düşünür? Ümumi ab-hava necədir? 

- İnsanların əhval-ruhhiyəsi də çox yaxşıdır. Onlar öz ölkələrinin səhiyyəsinə güvənir və buna görə də narahatlıq keçirmirlər. Yüksək əhval-ruhiyyənin olması, insanların aurasının müsbət yönə köklənməsi, sevindirici haldır. Neqativə köklənmək, bədbinlik insanda başqa xəstəliklərə yol aça bilər. 

- Bir həkim kimi insanlara nələri məsləhət görərdiniz? 

- Dediyim kimi, neqativə köklənməmək, düzgün qidalanmaq, meyvə və tərəvəzlərdən istifadə etmək, yuxu rejiminə xüsusi diqqət etmək, bir də karantin qaydalarına mütləq şəkildə əməl etmək lazımdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı həkim koronavirusa yoluxanları belə sağaldır... -

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı