Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28111
az

XƏBƏRDARLIQ! Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir - VİDEO

09:3905 Aprel, 2020
2771
OXU24 TV
  • A

"Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir, insanlar bunu nəzərə almalıdırlar".

Bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev "Xəzər Xəbər"ə açıqlamasında deyib.

Onun sözlərinə görə dövlət xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirləri görsə də, qadağalara əməl etmək istəməyən vətəndaşalar da var ki, onlar infeksiyanın yayılması üçünzəmin yaradırlar.

"Dünyanı cənginə alan koronavirus pandemiyasının qarşsının almaq üçün dövlət tərəfindən bütün qabaqlayıcı tədbirlər görülsə də , hələ də bəzi insanlar bunun mahiyyətini anlamaq istəmir, həyatlarını təhlükəyə atırlar".

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev ''Xəzər Xəbər''-ə açılamasında belə deyib. O bütün vətəndaşlara tələblərə riayət etməklə bağlı müraciət edib.

Baş epidemioloq bildirib ki, hazırda xəstəxanalarda Covid 19 infeksiaysına yoluxmuş xəstələrin müalicəsi davam etsədə dünya təcrübəsində çox pis nümunələr mövcuddur.

Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir. Bunun üçün də insanlar çölə çıxmamalı və gigyenik təmizliklərinə xüsusi ilə diqqət etməlidirlər.

İbadulla Ağayev vətəndaşları karantin rejimi ilə bağlı növbəti gündən eitbarən tətbiq ediləcək xüsusi qaydalara ciddi əməl etməyə çağırıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı