Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28059
az

Koronavirusa ən çox yoluxanlar kişilərdir - SƏBƏBİ - ARAŞDIRMA

13:0804 Aprel, 2020
552
MARAQLI
  • A

Çinin Vuhan şəhərində baş qaldıran koronavirus qısa müddətdə dünyaya yayıldı və 24 mindən çox insanın ölümünə səbəb oldu.

Vaksinlə bağlı yüzlərlə təcrübə və peyvənd sınaqları aparıldığı bir vaxtda mütəxəssislərdən biri maraqlı araşdırmasını təqdim edib.

Həmin mütəxəssis pandemiyanın nəyə görə daha çox kişilərə təsir etməsinin səbəblərini araşdıraraq izahını verib.

“Koronavirus dünya üzrə sürətlə can almağa davam edərkən, pandemiyanın cinslər arası təsiri mənim üçün  çox maraqlı idi”.

KONKRET.az xəbər verir ki, bu sözləri London Universitet Kollecində çalışan Prof. Dr. Sarah Havkes “Kişi və qadın arasında koronavirusun təsiri” adlı məqaləsində qeyd edib.

“Pandemiyanın ilk aşkar olunduğu Çində araşdırmalara başlayan zaman hiss etdim ki, kişilərdə yoluxma riski və ölüm halları daha çox olmağa başladı.

Çində aşkar olunan hallarda kişilərdə ölüm nisbəti 2,8 faiz, qadınlarda isə 1,7 faiz təşkil edir”, – deyə o, bildirib.

Havkes Çindən başqa İtaliya, Fransa, Almaniya, Cənubi Koreya və İranda da vəziyyətin eyni olduğunu vurğulayıb.

– Niyə virusa yoluxan və ölənlərin sayı qadınlarda az, kişilərdə isə çoxdur?

Professor bu sualın cavabını belə izah edib:

“Bunun bariz səbəblərindən birincisi elə siqaretdir. Bildiyiniz kimi, koronavirus ən çox ağciyərlərimizi təhlükəyə atır.  Belə ki, Çində kişilərin 50 faizi, qadınların isə 2 faizi siqaret çəkir.
Ağciyərlərimizdən əlavə, siqaret çəkənlər gün ərzində dodaqları ilə daha çox təmasda olurlar ( siqaret çəkərkən). Bundan əlavə kişilər qadınlarla müqayisədə əllərini daha az yuyub, sabundan da  daha az istifadə  edirlər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

WhatsApp-da yeni funksiya işə salındı
Ayda su tapıldı
WhatsApp-da artıq daxili tərcüməçi var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ