Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28041
az

Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı

09:2904 Aprel, 2020
464
  • A
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə təcili yardım proqramının direktoru Maykl Rayan hava yolu ilə koronavirusun yoluxma ehtimalı barədə danışıb. “RİA Novosti” xəbər verir ki, Rayan virusun hava ilə ötürülə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, Sinqapur alimləri infeksiya hallarının təxminən altı faizinin virusun simtomsuz daşıyıcılarından qaynaqlandığı qənaətinə gəliblər. Rayan deyib ki, ancaq bu vəziyyətdə hələ də pandemiyanın hərəkətverici qüvvəsinin asqırmaq, öskürmək və ya yoluxmuş səthlər olduğuna inanırıq. ÜST nümayəndəsi, eyni zamanda təşkilatın mütəxəssislər qrupunun sağlam insanların qoruyucu maskalardan istifadə etməsinin effektivliyini qiymətləndirmək üçün bütün mümkün materialları öyrəndiyini də bildirib. “Bununla yanaşı, həkimlər və tibb işçiləri üçün cərrahi və xüsusi tibbi maskaların istifadəsi prioritet olaraq qalır”, - deyə əlavə edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həbs edilən vəkildən şok AÇIQLAMA
İki hərbçimiz həlak oldu
Rubl görün neçəyə oldu

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Kişi küçədə rus qadına təcavüz edib
Faciəli şəkildə ölən dostlarla bağlı ürəkdağlayan fakt +VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Qaraciyərin Öldüyünü Göstərən 9 Əlamət! AYAQLARA DİQQƏT
Qobustanda arvadını iplə boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır