Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27904
az

Azərbaycanda yetişən bu meyvə koronavirusdan qoruyur? - İDDİA

23:3801 Aprel, 2020
1067
CƏMİYYƏT
  • A

Türkiyənin nüfuzlu "Sabah” qəzeti Azərbaycanda da yetişən alçanın hikmətindən bəhs edən məqalə dərc edib. Məqalədə iddia edilir ki, alça koronavirusa qarşı da təsirli vasitə hesab oluna bilər.


Oxu24.com sözügedən məqalədən bəzi hissələri təqdim edir...

 

Alçanın faydaları nələrdir? Alça yeməyin faydaları!


Alça vitamin və minerallarla zəngin olan bir meyvədir. Belə ki, tərkibində A, B2, B3, B6, C, E, K vitaminləri, potasyum, flоrid, fosfor, maqnezium, dəmir, kalsium və sink vardır.

Alçanın süfrəmizə ləzzət qatmaqla yanaşı saymaqla bitməyən faydaları da vardır. Alça həzm sisteminə yaxşı təsir etməklə yanaşı, qrip simptomlarına qarşı da müsbət təsir göstərir. Koronavirusun qripin ən dəhşətli növü olduğunu xatırladan müəllif alçanın bu virusa qarşı orqanizmdə immunitet yaratdığını düşünür.

Bu meyvənin antioksidan gücü osteoporoz, xərçəng, şəkərli diabet və obezitənin (artıq piylənmə) müalicəsinə faydalı olmaqla yanaşı, eyni zamanda xolesterol miqdarını azaldaraq ürək fəaliyyətinə də müsbət təsir göstərməkdədir. Həmçinin alçada olan bol vitaminlər immun sistemin güclənməsinə müsbət təsir edir və bizi viruslara qarşı müqavimətimizi gücləndirir.

Alça həm də dərini gəncləşdirir və qan dövranını tənzimləyir.

Tərkibində olan lif sayəsində pəhriz zamanı kilo vermənizə də yardımçı olacaq.

 

Bəs alçanın başqa nə kimi faydaları mövcuddur?


Antioksidan xüsusiyyəti: Tərkibində olan C vitamini və bitki mənşəli birləşmələr sayəsində antioksidan xüsusiyyəti mövcuddur ki, bununla da insan orqanizminin müqavimətini artırır və oksidatif stressin səbəb olduğu xəstəliklərdən orqanizmi qorumuş olur.

Obezitə müalicəsi:


Metabolik sindromla mübarizə zamanı çox faydalıdır. Tərkibindəki lif sayəsində insanı tox tutmaqla obezitənin müalicəsinə yardımçı olmuş olur. Bununla yanaşı, artıq piylənmənin yol açdığı xolesterol, şəkərli diabet və qan-damar sistemi problemlərinin qarşısını alır.

 

Şəkərli diabet:

Anti-hiperglisemik təsiri sayəsində diabet ilə mübarizədə yardımçı olmuş olur. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, alça orqanizmdəki şəkərin və triqliseridin miqdarını azaldır.


Osteoporoz müalicəsi:

 


Alça qəbulu sümük sağlığı üçün faydalıdır. Sümükləri gücləndirir və osteoporozun qarşısının alınmasına yardımçı olur.

 

Həzm sistemini tənzimləyir:

Tərkibindəki lif sayəsində həzm sistemini tənzimləyir.

Sinir sistemini tənzimləyir:

Alçanın tərkibində B6 vitamini vardır ki, bunun sayəsində sinir hüceyrələrinin bir-biri ilə olan əlaqəsinə yardımçı olaraq sinir sisteminin fəaliyyətini tənzimləmiş olur. Serotoninin miqdarını artıraraq yuxu, iştah və konsentrasiyanı tənzimləyir.

Ürək xəstəliklərindən qorunma:

Alça qan-damar sistemi üçün faydalı olan meyvələrdən biridir. O infarkt, ritim pozğunluğu və ürək spazmalarının qarşısını almaqçün faydalıdır.

İmmun sisteminə faydası: Tərkibində yüksək miqdarda C vitamini mövcuddur ki, bununla da infeksion və iltihabi xəstəliklərin qarşısını almaqda yardımçı olur.


 

Xolesterinə faydası:

 


Neqativ xolesterin olan LDL-ni azaldır, yaxşı xolesterin olan HDL-ni isə artıraraq orqanizmə fayda vermiş olur.

Anksiyeteye faydası (Psixoloji ruh düşkünlüyü):

Alça nizamlı qəbulu zamanı anksiyetenin azalmasına fayda verir.

Hamiləlikdə qəbulu:

Alça yemək hamiləlik zamanı da orqanizm üçün faydalıdır. Belə ki, tərkibində mövcud olan vitamin və minerallar sayəsində ana və uşağın sağlığı üçün olduqca faydalıdır.

Xərçəngin müalicəsi:

Tədqiqatlara görə, tərkibindəki antioksidantlar sayəsində insan orqanizminin xərçəng hüceyrələri ilə mübarizəsinə kömək edir.

Dəri sağlamlığı:

 


Öncə də qeyd etdiyimiz kimi tərkibində C vitamini və antioksidantlar vardır ki, bunlar da dəridə qırışların yaranmasının qarşısını almaqda köməklik edir, dərinin daha da gənc görünməsinə yardımçı olur.

Qan laxtalanması:

 

K vitamini ilə zəngin olan alça qanın laxtalanmasını tənzimləyir və sümüklərin sağlamlığını gücləndirir.

Dünyanın hər ölkəsində yetişməsə də, xoşbəxtlikdən Alçanın müxtəlif növləri Azərbaycanda yetişir. Xüsusilə əhali arasında Naxçıvan göycəsi və Göyçay alçası adlanan yaşıl və bol sulu alça növü xüsusilə məşhurdur.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Heydər məscidində vəhdət namazı qılındı -FOTO
Fidan Dəməşqdə: Colani ilə görüşdü - Foto
Bakıda DƏHŞƏTLİ QƏZA -Bir ailənin üç üzvü öldü

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ