Penitensiar Xidmət penitensiar müəssisələrdə yüzlərlə dustağın kəskin qızdırma, baş ağrısı və ürəkbulanma ilə müşayiət olunan xəstəlikdən əziyyət çəkməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Oxu24.com -un xəbərinə görə, Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bunlar tamamilə yalan məlumatlardır. Penitensiar müəssisələrdə əvvəllər də bildirdiyimiz kimi, kompleks profilaktik-maarifləndirici tədbirlər həyata keçiririk. Bir sözlə, biz müəsissələrdə bütün tədbirləri davam etdiririk”.
Qeyd edək ki, sosial şəbəkələrdə 6 saylı Cəzaçəkmə Müəssisəsində yüzlərlə dustağın kəskin qızdırma, baş ağrısı və ürəkbulanma ilə müşayiət olunan xəstəlikdən əziyyət çəkməsi ilə bağlı xəbərlər yayılıb.
Oxu24.com
ŞƏRHLƏR