Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27441
az

Bakıda evləri talayan şəxslər tutuldu - FOTO

08:1228 Mart, 2020
969
KRİMİNAL
  • A

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə martın 17-də Binə qəsəbəsində yaşayan Ə.Dünyamalıyevin evinə pəncərədən girmək yolu ilə oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.

Oxu24.com  Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bölmə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər – Lerik rayon sakini Ceyhun Nəzərov və əvvəllər məhkum olunmuş Masallı rayon Rahib Sadıxov polis əməkdaşları tərəfindən saxlanılıb.

Onların ətraflarında aparılmış tədbirlərlə hər iki şəxsin daha 4 evdən ümumilikdə 6600 manat pul, 6200 manat dəyərində qızıl-zinət əşyaları, 4 ədəd mobil telefon və sənəd oğurlamaları, 1 evdən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qardaş bacısını boğaraq öldürdü
Bakıda qadın öldürüldü
Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qardaş bacısını boğaraq öldürdü