İlin əvvəlindən bu yana neft qiymətləri təxminən 60% ucuzlaşıb.
Axar.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb. Araşdırmada bildirilib ki, qiymətlərin bu qədər geriləməsi aysberqin görünən hissəsidir, əslində isə bazarda neft qeyd edilən rəqəmdən daha sürətlə geriləyir.
Agentlik bazarda neftin böyük endirimlərlə satıldığını, buna görə də hazırda birja qiyməti 25 dollar olan neftin dəyərinin 8-10 dollara qədər geriləyə biləcəyini yazıb.
“Real bazar əziyyət çəkir, amma ən pisi hələ qabaqdadır. Təklifin çox olmasının nəticələrini biz bir neçə həftə sonra görəcəyik”, – deyə “Gunvor Group”un həmtəsisçisi Torborn Tornkvist deyib.
Bununla belə agentlik hazırda real bazarda endirimlərin maksimum həddə çatdığını bildirib. Belə ki, Nigeriyanın “Qua İboe” neft markasını 3,1 dollarlıq endirimlə, Kolumbiyanın isə “Vasconia” markasını 7,75 dollar endirimlə təklif etdiyi vurğulanıb.
Oxu24.com
ŞƏRHLƏR