Bu gün bəzi xəbər saytlarında və sosial şəbəkələrdə "Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun sərbəst buraxılması haqda xəbər yayımlanıb.
Oxu24.com . xəbər verir ki, xəbərdə Mübariz Mənsimovun tanınmış jurnalist Fuad Abbasova müsahibə verdiyi yer alıb.
Məlumat üçün qeyd edək ki, bu video Mübariz Mənsimov saxlanılmadan öncə çəkilib.
Qeyd edək ki, Mənsimov İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılıb.
Onun ofisində axtarış aparılıb.
İş adamının FETÖ istintaqı çərçivəsində saxlanıldığı bildirilir.
Məlumatı Palmali Şirkətlər Qrupundan da təsdiqləyiblər.
Palmali Şirkətlər Qrupunun Preİdenti Mübariz Mənsimov azadlığa buraxılmayıb. Sosial mediyada yayılan video köhnədir.
Oxu24.com
ŞƏRHLƏR