Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26485
az

Koronavirusdan sağalan insanların orqanizmində nə vaş verir? - ARAŞDIRMA 

11:2914 Mart, 2020
394
  • A

Dekabr ayında Çinin Vuhan əyalətindən dünyaya yayılan virusa bu günədək dünya üzrə 145673 insan yoluxub. Xəstəlikdən ölənlər olsa da, sağalanlar daha çoxdur.

Ən son statistikaya görə xəstəlikdən - COVİD-19-dan 5436 nəfər ölüb, 72532 nəfər sağalıb.

Bəs koronavirusdan sağalan insanların orqanizmində nə vaş verir?

Digər xəstəliklər kimi koronavirus da yoluxduğu insanın bədənində sonradan bəzi fəsadlar yaradır. Honq-Konqda aparılan araşdırmalara görə bu virusdan sağalan şəxslərin ağciyəri ciddi şəkildə zədələnir. Onların ağciyərinin fəaliyyəti zəifləyir, nəfəs almaqda çətinlik çəkirlər.

Həkim Owen Tsang Tak-yin-nin dediyinə görə koronavirusdan sağalan şəxslər biraz cəld hərəkət edən zaman nəfəs almaqda çətinlik çəkəcəklər.

South China Morning Post-a açıqlama verən həkim bildirib ki, koronavirusdan sağalan şəxslərin ağciyərinin fəaliyyəti 30 faiz zəifləyir.

Xəstəlikdən sağalan şəxslərin rentgen müayinəsi zamanı ağciyərində bənzər ləkələr müşahidə edilib. Bu izlər SARS virusun yaratdığı ləkələr ilə oxşarlıq təşkil edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya və İranda baş verir. Azərbaycanda 19 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 1-i ölüb, 3 nəfər isə sağalıb. /milli.az

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR

“Instagram”da bu  qadağan olunacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Ağdaşda bir ton çətənə kolu məhv edildi