Gürcüstanda 10 hərbi qulluqçu koronavirus şübhəsi ilə karantinə alınıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İctimai telekanalı məlumat yayıb. Xəbərə görə, Qori hərbi xəstəxanasında karantində saxlanılan 49 nəfərdən 10-u hərbi qulluqçulardır.
Karantində olan 45 nəfərin Gürcüstan vətəndaşı, digər 4 nəfərin isə Azərbaycan və Belarus vətəndaşları olduqları bildirilir. Onların vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.
Oxu24.com
ŞƏRHLƏR