Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26451
az

Azərbaycan vətəndaşlarına VACİB MÜRACİƏT: martın 15-dən etibarən....

19:2813 Mart, 2020
759
CƏMİYYƏT
  • A

"Son günlər respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzalar nəticəsində ölən və xəsarət alanların əksəriyyəti istismar müddəti çox olan, müasir təhlükəsizlik elementləri ilə təchiz edilməmiş köhnə avtomobillərin sürücüləri və sərnişinləridir. Lakin təəssüflər olsun ki, belə avtomobillərin konstruksiyasında bütün oturacaqlar üçün yeganə təhlükəsizlik elementi olan təhlükəsizlik kəmərlərinin nəzərdə tutulmasına və istehsalçı zavod tərəfindən təchiz edilməsinə baxmayaraq, bəzi nəqliyyat vasitələrinin sürücüləri tərəfindən arxa oturacaqların kəmərləri bilərəkdən çıxarılır ki, bu da toqquşma və ya aşma zamanı salondakı insanların həlak olmalarına, yaxud ağır yaralanmalarına səbəb olur".

Oxu24.com xəbər verir ki, bu, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində yer alıb.

Belə halların qarşısının alınması məqsədilə Baş DYP İdarəsi bir daha sürücüləri xəbərdar edir ki, mart ayının 15-dən respublika üzrə keçiriləcək təhlükəsizlik tədbirləri zamanı konstruksiyasında təhlükəsizlik kəmərləri nəzərdə tutulmuş avtomobil saxlanılarkən təhlükəsizlik kəmərlərinin çıxarılması halları müəyyən edilərsə, həmin nəqliyyat vasitəsini idarə edən sürücü, kəmərlərin mövcud olduğu, lakin arxa və ya qabaq oturacaqdan asılı olmayaraq hərəkət zamanı sərnişin tərəfindən istifadə edilməməsinə görə isə sərnişinlər inzibati məsuliyyətə cəlb ediləcəklər.

Ümid edirik ki, hər bir hərəkət iştirakçısı müraciətimizə düşünülmüş şəkildə yanaşacaq, yol hərəkəti qaydalarına ciddi əməl etməklə özünün və doğmalarının həyatını təhlükə ilə qarşı-qarşıya qoymayacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Bu yolda sürət həddi endirildi

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil