Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26406
az

SON DƏQİQƏ! Prezident 11 milyon ayırdı

10:5713 Mart, 2020
1033
SİYASƏT
  • A
Prezident İlham Əliyev "Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
 
Oxu24.com  xəbər verir ki, sərəncamla Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 10,92 milyon (on milyon doqquz yüz iyirmi min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.
 
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
 
Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında 2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan ərazi vahidlərinin siyahısı belədir:
 
Sıra№-si Ərazi vahidləri
 
Abşeron rayonu
 
1. Qobu qəsəbəsində yeni massiv
 
Xızı rayonu
 
1. Qızılqazma kəndində yeni massiv
2. Yarımca kəndində yeni massiv
 
Siyəzən rayonu
 
1. Qalaaltı kəndi
2. Məşrif kəndi
 
Şabran rayonu
 
1. Ceyranlı kəndi
2. Əmirxanlı kəndi
3. Qazbabalı kəndi
4. Vələsli kəndi
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanda etiraz aksiyaları səngimək bilmir
Verdiyi sözləri tutduğunu görmədik - Ərdoğan İsrail Prezidenti barədə
Bayramov Gürcüstanın yeni XİN rəhbərinə zəng etdi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Evlənmək istəmədiyini deyən özündən 10 yaş kiçik sevgilisini öldürdü - Təfərrüat