Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26287
az

Bakı-Qazax yoluda dəhşət: Maşın hərəkətdə olarkən yandı +VİDEO

09:1412 Mart, 2020
634
KRİMİNAL
  • A

Ucar rayonu ərazisində yanğın hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun “dördyol” adlanan ərazisində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini, 1993-ci il təvəllüdlü Pərvin Famil oğlu Şərifovun idarə etdiyi “Mercedes” markalı “TİR” hərəkətdə olan zaman yanıb.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon Dövlət yanğından mühafizə hissəsinin 4 texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, yük maşınının qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı Bakı-Qazax yolu Bakı istiqamətində 40 dəqiqədən artıq bağlı qalıb.

Qeyd edək ki, yük maşınında geyim əşyaları olub. Yanğının başvermə səbəbləri araşdırılır.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Azərbaycanda faciə: Iki qardaş birdən öldü (Video)
Azərbaycanda faciə: Böyük qardaşın meyiti,kiçik qardaşın huşsuz bədəni tapıldı (VİDEO)