Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26148
az

Sürücü yatdı,maşın qarışıq bu hala düşdü - VİDEO

16:3710 Mart, 2020
477
OXU24 TV
  • A

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb.

27 yaşlı Saleh Cəfərov idarə etdiyi “Hyundai” markalı yük maşını ilə üzü Qazax istiqamətində hərəkətdə  olarkən idarəetməni itirib. Nəticədə  avtomobil yoldan çıxaraq, yol kənarındakı ağaca çırpılıb. Qəzadan sonra sürücü ağır bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün vəziyyəti ağır olduğundan, Gəncədə yerləşən özəl xəstəxanaların birinə aparılıb.

İlkin ehtimala görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub. Faktla bağlı araşdırma aparılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı