Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26128
az

Müxalifətçi Milli Məclis sədrinin müavini seçildi

13:3710 Mart, 2020
761
SİYASƏT
  • A

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında parlamentin sədri, müavinləri seçilib.

Oxu24.com   verir ki, səsvermə nəticəsində Milli Məclis Sədrinin müavini vəzifəsinə  Azərbaycanın müaxlifət partiyası Vətəndaş Həmrəyliyi Partiyasını parlamentdə təmsil edən deputat Fəzail İbrahimli  seçilib.
 
Qeyd edək ki, Fəzail İbrahimli 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 1969-cu ildə Bakıya gəlib. Elə həmin idən 1973-cü ilədək Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təsil alıb. Oranı bitirdikdən sonra, təyinatla ata-baba yurdu Yardımlıya göndərilib. 1973-1977-ci illərdə rayonun Çanaxbulaq kənd məktəbində müəllim işləyib. 1977-1979-cu illərdə hərbi xidmətdə olub.
 
1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetində Kommunist partiyası tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
 
Müəllifi olduğu bir monoqrafiya, bir kitab, bir dərslik və 60-a qədər elmi məqalə var.
 
1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.
 
2000, 2005, 2010, 2015-ci illərdə keçirilən parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə deputat seçilib. O, Regional məsələlər və Mədəniyyət komitələrinin üzvü olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu rektor təyin etdi
Azərbaycan COP16 Bürosuna üzv seçildi
ABŞ-nin Azərbaycandakı səfiri          istefa      verdi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü