Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25887
az

Prezident icra başçısını belə danladı: “Bu nə xəritədir asmısınız?” +VİDEO

12:0906 Mart, 2020
678
OXU24 TV
  • A

Martın 4-də Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub.

 

Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev açılışda iştirak edib.

 

Muzeyin rəmzi açılışını bildirən lenti kəsən Prezident muzeyin eksponatları ilə tanış olub.

Burada nümayiş olunan tarixi xəritələrlə bağlı iradlarını bildirən Prezident İlham Əliyev deyib:

 

- Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz?

 

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov: Mədəniyyət Nazirliyindən.

 

Prezident İlham Əliyev: Mədəniyyət Nazirliyindən? Qədim adlar, məsələn, Sisian yazılıbdır. O vaxt Sisian adı yox idi, sonra kimsə bunu uydurub. Xəritədə indiki Azərbaycan ərazisində Mingəçevirdən başqa heç bir tarixi ad yazılmayıb. Halbuki Bərdə, Qəbələ, Naxçıvan - bütün bunlar qədim şəhərlərimiz olub. Ona görə soruşuram, bu, hansı əsrə aiddir? Çünki bu xəritədən heç nə başa düşmək mümkün deyil. Qafqaz Albaniyası dövləti də burada göstərilmir. Amma baxın, bu Urartu hansı hərflərlə yazılıb. Ona görə buna baxmaq lazımdır. Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayın, xəritələr həm dəqiq olmalıdır, həm də bunun tarixi göstərilməlidir.

 

Bu xəritə də bilinmir hansı tarixə aiddir. İndiki Azərbaycan ərazisində heç bir şəhərin adı yoxdur. Var buna cavab? Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən bu tarix haqqında nə başa düşəcəklər? Heç bilinmir nədir bu. Özü də haradan götürmüsünüz, Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib soruşacaq ki, bu nədir, mənim məmləkətim nədir? Haradadır mənim qədim şəhərlərim? Onun əvəzinə orada Urartu görürük. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı