Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25544
az

Azərbaycanda bağça, məktəb və universitetlər bağlandı - KORONAVİRUSA GÖRƏ

16:3002 Mart, 2020
1655
SİYASƏT
  • A

Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.

Operativ qərargahdan Oxu24.com- a bildirilib ki, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. 

Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırııb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana GƏTİRİLDİ - FOTOLAR
Sabir Rüstəmxanlı bu şirkəti sərt tənqid etdi: “Yardımlıdayam, İrana xoş gəlmisiniz…”
Bütün dünya Azərbaycanın tərəqqiyə davam edəcəyini düşünür - Kelli Uillis

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Küçədə oğlan bıçaqlandı (18+VİDEO)
Ermənistan sərhəddə nə daşıyır? - GÖRÜNTÜLƏR
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Alimlər xərçəngin yaranmasından bir neçə il əvvəl onu proqnozlaşdırmaq üçün bir üsul tapıblar
Masaj etdirdiyi qadını yaraladı - Yenidən 10 illik həbs olundu