OXU24.COM saglamolun.az-a istinadən ağcaqanadın dişlədiyi yerdə qaşınma və şişkinliyi azaldan sadə vasitələri təqdim edir.
1. Soda
Yarım stəkan suda 1 ç.q. soda əridin, məhlulda pambıq isladın və dişlənmiş yerlərə çəkin.
2. Spirt
Dişlənmiş yerlərə spirt və ya araq çəkin.
3. Buz
Buzu dəsmala bükün və zədələnmiş dəridə 10-15 dəqiqə saxlayın.
4. Qatıq
Ağcaqanadın dişlədiyi yerə soyuq qatıq və ya xama çəkin.
5. Duzlu su
Yarım stəkan suda 1 x.q. duz əridin, məhlulda pambıq isladın və zədələnmiş dəriyə çəkin.
6. Sirkə
Sirkədə pambq isladın və dəriyə şəkin.
7. Aspirin
1 həb aspirini əzin, az miqdarda su ilə qarışdırın, alınmış qarışığı dişlənmiş yerlərə çəkin.
Oxu24.com
ŞƏRHLƏR