Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25536
az

Ərdoğan Putinlə görüşdən danışdı: Siz də payınızı alacaqsınız

16:5402 Mart, 2020
467
DÜNYA
  • A

“Həftənin 4-cü günü Moskvaya gedəcəm və hörmətli Putinlə müzakirələr aparacam”.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, Putinlə görüşdə Suriyada atəşkəs və digər məsələləri müzakirə edəcək, sürətli nəticə əldə edəcəklər.

Türkiyə prezidenti miqrantların Avropaya getməsi üçün qapıları açmaları haqda da danışıb.

“1,5 milyon miqrantı sərhədlərimizə sürükləməklə bizi yükləmək istəyirlər. Aylar öncə Qərb bu yükü paylaşmasa, qapıları açacağıq demişdik. Ciddi qəbul etmədilər. İndi qapıları açanda telefonlar susmaq bilmir. Qapıları bağlayın deyirlər. Amma artıq bu iş bitdi. Siz də bu yükdən payınızı alacaqsınız”, - Ərdoğan bildirib.

Türkiyə prezidenti bu gün axşam Bolqarıstanın baş naziri ilə görüşəcəyini, Almaniya kansleri Angela Merkellə telefonda müzakirələr aparacağını bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Depardye sərbəst buraxıldı - YENİLƏNDİ
Kömür mədənində partlayış oldu
Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var